28.06.2025, 19:41
AZ EN
03.10.2022, 11:25 225

Ermənilər yeni dələduzluğa başlayırlar

YAZILAR

Ermənistanın eks-prezidentlərinin və baş nazir Niko Paşinyanın «Birinci dağla» ictimai televiziyasına müsahibələrindən sonra erməni cəmiyyətində müxtəlif fikirlər səslənməkdədir. Rəylərin çox az bir hissəsində Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi bildirilsə də tanınmış siyasi liderlərin, politoloqların, ekspertlərin əksəriyyəti sözügedən məsələnin dondurulmasını və ermənilər üçün münasib olan dövrdə gündəmə gətirilməsini vurğulayırlar. «Yaşamalı ölkə» partiyasının sədri Mesrop Arakelyan isə bununla bağlı sualı cavablandırarkən fərqli mövqe nümayiş etdirib ki, bu da ilk baxışda onun siyasi dələduz olduğunu açıq-aşkar göstərir. O, deyir ki, 1991-ci ildə Azərbaycan da, Ermənistan da özünün dövlət müstəqilliyini elan edib və 1992-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra MDB-də təmsil olunublar. Qarabağın erməniləri isə onların hər ikisindən daha tez «müstəqil» olub və tanınmaları üçün müxtəlif beynəlxalq təşkilatlara müraciət ediblər. Ermənistan «arsax»ı müstəqil dövlət kimi tanımamışdan öncə onu Ali Sovetin qərarı ilə öz tərkibinə daxil etmişdi. Yalanı, riyakarlığı özlərinə milli mentalitet edən ermənilərin bu partiya sədri də mövcud reallıqla barışmayaraq Ukraynanın Zaporoji və Xerson vilayətlərinin də Rusiyanın tərkibinə daxil edilməsi barədə qeyqi-qanuni qərardan razı qaldığını ifadə edərək bildirib ki, Azərbaycanla Ermənistan arasında bağlanacaq müqavilə Qarabağ ermənilərinə şamil edilməməlidir. Sağlam düşüncə tərzindən məhrum olan bu özündənrazı erməni də Ermənistanın yeni müttəfiqlər axtarıb tapmasını və müasir silahlar əldə etməsini xilas yolu kimi xarakterizə edir.

Ermənistanın siyasi partiyaları sırasında ən az elektoratı olan və heç bir zaman bu və ya digər təşəbbüslə çıxış etməyən «Yaşamalı ölkə» partiyasının sədri M.Arakelyan, görünür, Ermənistanı deyil, o dünyanın cəhənnəmini özünə ölkə etməyə doğru gedir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər