Baş nazir Nikol Paşinyanın çıxışı ilə bağlı jurnalistə müsahibə verən politoloq, ədəbiyyatşünas Anuş Setrakyan deyib ki, əgər prosesə diqqətlə baxsaq, təhsilin intellektual bacarıqların artmasına deyil, rəqəmsallığa xidmət etdiyi tam aydın görünər. Bu və ya digər eksperimentlərin aparılması hay uşaqların zehni inkişafına deyil, həmin eksperimentçilərin maddi marağının təminatına xidmət edir. Baş nazir isə bunları ya dərk etmir, ya da bilərəkdən müxtəlif bəhanələr gətirir, faktlara deyil, fərziyyələrə inanır. Nəticədə isə müxtəlif sahələr kimi təhsil də tərəqqi əvəzinə tənəzzülə doğru gedir deyən politoloq və ədəbiyyatşünas bütün bunların fəsadlarının yaxın gələcəkdə özünü tam göstərəcəyini də diqqətə çatdırıb.
N.Qaramanlı