28.06.2025, 01:02
AZ EN
16.01.2025, 14:03 280

Strateji sənəd qeyri-müəyyənlik və təhlükə yaradacaq

YAZILAR
  • Bu fikri hay ekspert Vahe Hovanisyan "Hraparak"ın bu günkü paylaşımında vurğulayıb. O, deyib ki, Ermənistanla ABŞ arasında strateji sənəd Bayden administrasiyasının buraxılacağından 6 gün əvvəl imzalanıb. 2009-cu ildə Gürcüstanla ABŞ arasında oxşar sənəd də eynilə hakimiyyətin yenisi ilə əvəzlənməsi ərəfəsində - yanvarın 9-da, yəni Barak Obamanın prezident olmasından 11 gün əvvəl  imzalanmışdı. Amma bu sənəd sanki unuduldu və nəticədə Gürcüstan xeyli ərazi itkisi ilə üz-üzə qaldı.

2006-2007-ci illərdə İran-Ermənistan qaz xəttinin çəkilişinə Rusiyanın,Türkiyənin, ABŞ-ın, Avropa İttifaqının razı olmadığını, amma layihənin baş tutduğunu xatırladan ekspert indi belə düşünür ki, Co Baydenlə Donald Tramp  həm partiya mənsubluğunu, həm də şəxsi keyfiyyətlərinə görə tam fərqlidirlər və Tramp Rusiya ilə münasibətlərin pik həddə çatmasının əleyhinə olduğuna görə Ermənistanın maraqlarını tam təmin edə bilməz və sözügedən strateji sənəd yalnız kağız üzərində qala bilər. Bu isə Zəngəzur dəhlizi məsələsində İranla eyni mövqedə olan  haylara növbəti zərbənin vurulmasına imkan verəcək deyə o, sonda vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər