Politoloq qeyd edib ki, Fransa ölkəmizə istiqamət verməyə, yön göstərmək məqsədlərini ortaya qoyur: "Bu xüsusda da Azərbaycanın xarici siyasət vektorlarına da korrektələr etmək maraqlarını gizlətmir. Digər tərəfdən Fransa ölkəmizin daxili işlərinə qarışmaqla yanaşı, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı fəaliyyət həyata keçirir. Fransa həm də öz maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır. Ermənistandan öz marginal maraqları üçün istifadə edir".
İ.Hüseynov daha sonra əlavə edib ki, bir zamanlar Azərbaycan ərazisində olan separatçılar Fransaya dəvət alır və böyük dəbdəbəylə qarşılanır. Fransanın dövlət televiziyalarında onlara yer verilir, fəaliyyəti işıqlandırlır.
Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz üçün təhlükəsizlik və sabitlik önəmlidir. Ölkəmiz bu istiqamətdə öz fəaliyyətini qurur. Azərbaycana qarşı bu çirkin və əsassız iddialar səsləndirmək yolverilməzdir. Belə yanaşmalar bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır", - deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ