“Əslində bu vaxta qədər, yəni biz Ermənistanın səlahiyyətli şəxslərindən baş nazir, xarici işlər naziri, parlamentin spikeri və digər rəsmi şəxslərinin dilindən də belə fikirlər, buna oxşar fikirlər eşitmişdik və hazırkı məqamda bir sıra ciddi proseslər baş verirdi ki, hansı ki, əvvəlki dönəmdən hazırkı dönəmi ciddi şəkildə fərqləndirir”. Bunu siyasi şərhçi Xəyal Bəşirov “ARB24”-ə məsələni şərh edərkən ifadə edib. Politoloq bildirib ki, bunlar ondan ibarətdir ki, Azərbaycanla Ermənistan həqiqətən də hazırkı dönəmdə atılan addımlara, baş verən proseslərə istinad edib deyə bilərik ki, heç vaxt bu qədər sülhə yaxın olmayıb: ”Azərbaycanla Ermənistan arasında birgə sərhəd komissiyasının Qazaxda heç bir digər tərəfin iştirakı olmadan görüşün keçirilməsi, daha sonra hərbçilərin heç bir tərəfin iştirakı olmadan mübadiləsinin aparılması, Azərbaycanının Prezidentinin Adminstrsiyası ilə Ermənistan baş nazirinin aparatı ilə birlikdə birgə bəyanatın elan edilməsi və daha sonra Azərbaycanın COP29 iclasının keçirilməsi ilə bağlı Ermənistanın namizədliyini geri götürməsi və bir sıra proseslər həqiqətən də hazırkı dönəmdə Azərbaycanla Ermənistanın bir çox məsələlərdə dil tapdığını, bir çox məsələlərdə eyni mövqedən çıxış etdiyini açıq şəkildə göstərir”. X.Bəşirov daha sonra bildirib ki, bu heç də o demək deyil ki, biz bütün problemlərin həllinə nail olmuşuq və bizim aramızda artıq sülh sazişini imzalamaq tam şəkildə realdır:”Çünki əgər o olacaqdısa, düşünürəm ki, bizim hər birimizin gözlədiyi o sülh sazişi 2023-cü ildə imzalanacaqdı və 2024-cü ilə qalmayacaqdı. Amma təbii ki, bununla bağlı Azərbaycanın bir sıra atdığı addımlar var ki, bu prosesə çox müsbət təsir göstərir. Əvvəldə də qeyd etdiyim o məqamlarla paralel olaraq, məsələn, Azərbaycan Ermənistanın 32 hərbçisini 2 azərbaycanlının Azərbaycana qaytarılması müqabilində Ermənistana verməsi, daha sonra Azərbaycanın həmişə olduğu kimi, indiki dönəmdə də konstruktiv mövqe tutması. Bütün bunların əsasında düşünürəm ki, əslində sülhə doğru atdığımız addımların təməlində 3 ay bundan öncə 19-20 sentyabr tarixlərində keçirdiyimiz lokal xarakterli antiterror tədbirləridir”. Politoloq daha sonra əlavə ki, Ermənistanın hazırkı iqtidarı əslində həmin o cinayətkar ünsürlər üzərində iradəyə malik deyildi: “Onlara dəstək göstərirdi, müxtəlif formalarda kömək edirdi. Amma onları idarə etmək iqtidarında deyildi və məlum oldu ki, Azərbaycan onu da. Həni həmin problemi öz gücünə həll etdikdən sonra artıq Ermənistan üçün müəyyən mənada sülhə doğru addım atmağa şans və imkan yaranıb yol açılıb. Düşünürəm ki, bu gün artıq Ermənistan əvvəlkindən fərqli olaraq, məsələn, biz ötən ilin martında da xarici işlər nazirliyi səviyyəsində Ermənistana sülh təklifləri vermişdik beş baza prinsipləri əsasında. Ondan sonra da dəfələrlə bu təkliflər olub və Ermənistan ya bu təkliflərə cavab verməyib, ya da ümumiyyətlə, buna reaksiya verməyib. Amma hazırkı məqamda fərqli məqamlardan biri də odur ki, Ermənistanın səlahiyyətli şəxsləri həqiqətən də Azərbaycandan sülh təklifləri aldıqlarını dilə gətirirlər. Bunu müzakirə edəcəkləri ilə bağlı fikir bildirirlər. Hesab edirəm ki, bütün bu məqamlar ondan xəbər verir ki, Ermənistan həqiqətən də bu iradəsini ortaya qoyacaqsa, biz yaxın zamanlarda Ermənisatanla sülhə nail olacağıq. Amma hər bir halda onu da nəzərə alaq ki, biz Ermənistanla sülh sazişini imzalasaq belə, fərqli formada ola bilər, çərçivə sazişi ola bilər və ya müxtəlif formada adlandırıla bilər. Amma bizim Ermənistanla hələ gələcəkdə, sülh sazişinin imzalanmasından sonra belə sərhədlərin delimitasiya, demokrasiya prosesinin həyata keçirilməsi və müəyyələşdirilməsi prosesinin həyata keçirilməsi davam edə bilər. Çünki bu uzun prosesdir. Hər bir halda hesab edirəm ki, sülh sazişinin imzalanması gələcəkdə birgə əməkdaşlıq baxımından ciddi və müsbət təsir göstərə bilər proseslərə. Amma düşünürəm ki, yenə də Ermənistan tərəfində iradə olmalıdır. Əgər kənar diqtələr, kənar qüvvələrin təsiri Ermənistana bundan sonra da davam edəcəksə, onda Ermənistan Azərbaycanla sülh sazişini imzalamaq prosesini uzada bilər”,- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ