28.06.2025, 06:47
AZ EN
26.12.2023, 17:23 325

Erməni kilsəsi revanşizmi qızışdırır

YAZILAR
  • "Hraparak" və daha bir neçə erməni mətbuatının gündəmində olan məsələlərin önündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sülh müqaviləsi barəsində səslənən fikirlərdir. Həmin agentliklər bu gün belə bir gülməli fikir bildiriblər ki, bu istiqamətdə görülən işlərdə, aparılan danışıqlarda din xadimləri də iştirak etməlidirlər.

Müasir sivil siyasətlə bir araya sığmayan  yanaşma ilə öncə təhsil və elm nazirliyinə, sonra isə xalqa, necə deyərlər moizələr oxuyan Eçmiədzindəki elm komissiyası adlanan qrupdakı keşişlər əhalini satqın siyasilərə deyil, keşişlərə və gələcək müharibəyə hazırlaşan bəndələrə inanmağı tövsiyə edir.

Bu isə, əlbəttə, həmin  din xadımlərinin Yaradana deyil, belə demək olarsa şeytana, nəhayət, revanşizmə xidmət etdiyini isbatlayır.

N.Qaramanlı

Oxşar xəbərlər