Festivalın açılış mərasimi dekabrın 5-də Nizami Kino Mərkəzində olacaq.
Bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni təmsil edən 78 film beş gün ərzində Nizami Kino Mərkəzində nümayiş etdiriləcək, giriş sərbəstdir.
Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı yer alır. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalın yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşılar müəyyənləşdiriləcək.
Festivalın bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da keçiriləcək.
Hazırladı: Mina RƏŞİD