08.08.2025, 17:47
AZ EN
08.08.2025, 13:53 263

Xalq artisti Rasim Balayevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

O, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra kino sahəsində özünü təsdiqləyib.

R.Balayev "Nəsimi", "Babək" və "Dədə Qorqud" kimi tarixi və epik filmlərdə yaratdığı unudulmaz obrazlarla Azərbaycan tamaşaçısının böyük sevgisini qazanıb.

Rasim Balayev həm böyük, həm də kiçik rollarda uğurla çıxış edib və "Azərbaycanfilm", "Özbəkfilm", "Mosfilm" kimi müxtəlif studiyalarda çəkilib.

"Ad günü", "Akademik Yusif Məmmədəliyev", "Arxadan vurulan zərbə", "Babək", "Bağ mövsümü", "Bağışla, gələ bilmədim", "Bəyin oğurlanması", "Bizim küçənin oğlanları", "Cavid ömrü", "Cəza", "Dədə Qorqud", "Əzablı yollar", "Əlvida, Şmidt!", "Həm ziyarət, həm ticarət...", "Xoşbəxtlik qayğıları", "İstintaq", "İşarəni dənizdən gözləyin", "Qanlı zəmi", "Qara Volqa", "Ölsəm... bağışla", “Sən həmişə mənimləsən", "Sübhün səfiri", "Yaramaz", "Yarasa" kimi məşhur filmlərimizdə istər tarixi, istərsə də müasir dövrün obrazlarını ustalıqla canlandıran Rasim Balayev Azərbaycan kino sənətinin əvəzolunmaz simalarındandır.

O, 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci ildən isə sədri olaraq fəaliyyət göstərir.

O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adları ilə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. 

Mina RƏŞİD

Oxşar xəbərlər