19.08.2025, 21:01
AZ EN
16.02.2023, 17:20 334

Şuşa məktəbində “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda seminar keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Monitorinq Qrupunun təşkilatçılığı ilə Şuşa rayon 6 nömrəli tam orta məktəbdə “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda seminar keçirilib.

Seminarda Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Monitorinq Qrupunun üzvləri, Aparatın məsul şəxsləri, müəllimlər, valideynlər, psixoloqlar, şagirdlər iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlardan, milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaraq, azərbaycançılıq məfkurəsinin əsas aparıcı xətt olaraq təbliğ edilməsindən, bu prosesdə Heydər Əliyev Fondunun mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmasından danışıb. G.Babayeva Azərbaycanın görkəmli şəxsiyyətlərinin, xalqını, dövlətini sevən ziyalıların daim mədəniyyətimizin inkişafına, adət-ənənələrimizin zənginləşdirilməsinə verdiyi töhfələri qeyd edərək, şəxsiyyətin formalaşmasında əsas amillərdən olan tərbiyədən danışıb. Hansı ki, bu amilin əsasında məktəb dayanır və o, tərbiyəedici funksiya ilə şəxsiyyətin həyatında mühüm rol oynayır.

Tədbirdə “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda maarifləndirici video-çarx izlənilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər