19.08.2025, 20:47
AZ EN
19.08.2025, 17:47 14

Bu il üzrə iqtisadi artım proqnozu yenilənib

XƏBƏRLƏR
  • Bu ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr,həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildəölkə iqtisadiyyatı iləbağlı makroiqtisadi proqnozlar yenilənib.

Maliyyə Nazirliyi xəbər verir ki, həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,0 faiz olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70,0 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makroiqtisadi proqnozlarda baza ssenari üzrə eyni səviyyədə saxlanılıb. Qeyd edilib ki, kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib.

“Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 faizdən 4,6 faizə endirilib. Eyni zamanda, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib”, - məlumatda qeyd edilib. (Trend)

Oxşar xəbərlər