Səyyar qəbulda Kəlbəcər RİH-nin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.
İcra başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri icra başçısının nəzərinə çatdırıblar.
Qeyd edək ki, sakinlərin səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb və həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Mina RƏŞİD