28.06.2025, 17:05
AZ EN
30.01.2023, 08:00 386

Dəyərli qazimizlə görüş

XƏBƏRLƏR

Cəmi 44 günlük Vətən müharibəsi tarixə həm Zəfər, həm də birlik, bütövlük tarixi kimi əbədi olaraq yazıldı. Zəfərdən sonra ölkəmizin müxtəlif yerlərində qazi və veteranlarla çoxsaylı görüşlər təşkil olunur, hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı geniş təbliğat işləri aparılır. 29 yanvar 2023-cü il tarixində "Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi”nin ideoloji işlər üzrə vitse prezidenti və eyni zamanda AVMVİB-nin fəxri üzvü, bəstəkar Fərahim Sadiqin təşəbbüsü və təşkilatçılığı ilə Sabunçu rayonunda görüş keçirilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan polkovnik leytenantı, AVMVİB-i Zəngilan şöbəsinin üzvü, Birinci Qarabağ müharibəsinin, 2016-cı il aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı Daşqın Abbasovla olan bu görüşdə D.Abbasov uşaq və yeniyetmələrdən ibarət olan görüş iştirakçılarına öz döyüş yolu haqqında danışaraq qeyd etdi ki, Alpaqut döyüş sənətinin onların gələcək həyatlarında, sağlam böyümələri üçün və vətənin, dövlətin keşiyində hər zaman ayıq-sayıq dayanmalarında çox önəmli sahələrdən biridir. Görüşdə AVMVİB Zəngilan şöbəsinin sədri Azad Musayev görüş iştirakçıları ilə öz təəssüratlarını bölüşdü. Sonda Şahlar Vəliyev və Daşqın Abbasov Fəxri Fərmanla təltif olundular.

İsa MUSAYEV

Oxşar xəbərlər