28.06.2025, 01:36
AZ EN
10.01.2023, 10:37 544

Laçının Laçın qazisi

XƏBƏRLƏR
  • Ehtiyatda olan çavuş Əliyev Fəxri Rəşid oğlu Vətən müharibəsindən qazi kimi qayıdıb.

O, əslən Laçın rayonunun Alxaslı kəndindəndir. Lakin 1992-ci il mayın 17-də ailəsi məcburi köçkün kimi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Alxaslı obasına köçüb. Fəxri 1995-ci ildə burada anadan olub. Hələ kiçik yaşlarından Laçın haqqında söhbətləri maraqla dinləyib, videolara baxıb və həsrətlə doğma yurda qayıtmaq anını gözləyib. Alxaslı kənd orta məktəbini bitirən Fəxri 2013-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Burada o, kiçik komandirlər kursunu bitirib və tağım komandirinin müavini olub. 2014-cü ilin oktyabrında müddətdən artıq xidmət üçün müraciət edən F.Əliyev atıcı - qumbaraatan kimi məsuliyyətli fəaliyyətə başlayıb. Qəlbi Vətən eşqi ilə döyünən, məcburi köçkün adının nə vaxt üzərindən götürüləcəyini gözləyən igidimiz öz sözünü döyüş meydanında deyib. 44 günlük Vətən müharibəsi zamanı Fəxri Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd istiqamətində və Şuşa ətrafında döyüş yolu keçib. Kapitan Ramin Rəhimov, baş çavuş Bəhruz Nəcəfov, baş çavuş Azər Həsənov və başqa döyüş dostları ilə qəhrəmanlıq göstərən Fəxri xüsusi təyinatlı kimi öz vəzifəsini layiqincə yerinə yetirərək düşmənə ağır zərbələr endirib. Müharibə şanlı Zəfərimizlə başa çatdıqdan sonra o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

İsa MUSAYEV

Oxşar xəbərlər