Sülhməramlılara aid daha iki avtomobil Laçın yolundan keçdi
XƏBƏRLƏR
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası on beşinci gündür ki, davam edir.
Yaxın zamanda Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 1 hərbi polis və 1 təminat maşını keçib.
Xatırladaq ki, daha əvvəl də bir neçə dəfə təminat avtomobilləri Laçın yolundan maneəsiz şəkildə keçiblər. (Trend)