27.06.2025, 22:15
AZ EN
13.12.2022, 13:20 359

Laçın dəhlizində aksiya davam edir

XƏBƏRLƏR

Dekabrın 12-də Şuşa-Xankəndi yolunda Azərbaycan Respublikasının QHT, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri, jurnalistlər, ictimaiyyət nümayəndələri aksiyaya başladılar. Əsas məqsəd erməni silahlılarının əraziyə daxil olmalarının, Xankəndi ətrafındakı qızıl və mis-molibden mədənlərinin istismarının qarşısının alınmasıdır. Lakin göründüyü kimi Rusiya sülhməramlıları bu faktlara göz yumur, elə buna görə də azərbaycanlıları əraziyə qoymurlar. Belə olan halda aksiya keçirilən yerdə çadırlar qurulub, əraziyə elektrik xətti çəkilib, Üçrəngli bayrağımız dalğalanmağa başlayıb. Dünəndən başlanan aksiya bütün gecəni davam edib və məqsədə tam çatmaq üçün fasiləsiz olaraq davam etdiriləcəkdir. Belə bir zamanda aksiyada iştirak etmək üçün xeyli sayda soydaşımız könüllü olaraq rus sülhməramlılarının postunun yanındakı izdihama qoşulmaqla öz dəstəklərini ifadə ediblər. Zəngilan rayon VMVİB-nin sədri Azad Musayev bəyanatla çıxış edib bildirib ki, Laçın dəhlizində keçirilən aksiyanı dəstəkləyir, aksiyada iştirak etmək istədiyini ifadə edərək bəyan edib ki, Ali Baş Komandanın əsgəri olaraq dövlətimin, Ordumun, Prezidentimin yanındayam. Bir neçə saat əvvəl verilən bəyanatın nəticəsi o oldu ki, artıq səhər saatlarından könüllülər avtobuslarla sözügedən əraziyə yola düşüblər. Artıq bütün xalq separatçılara və rus sülhməramlılarına qarşı nifrətini ifadə edir. Bu isə ermənilərə və havadarlarına dərs olmalıdır.

İsa Musayev

Oxşar xəbərlər