27.06.2025, 18:01
AZ EN
30.11.2022, 17:12 448

İnsan hüquqlarına həsr edilmiş maarifləndirmə tədbiri

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə noyabr ayının 29-da 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Gənclər arasında hüquq mədəniyyətinin, onların hüquqi biliklərinin artırılması məqsədi ilə keçirilən tədbirdə hüquqi savadlanmanın əhəmiyyəti, ölkədə həyata keçirilən hüquqi islahatlar, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edən çıxışlar səsləndi, səmərəli müzakirələr aparıldı.

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev, Xocavənd Rayon Prokurorunun köməkçisi Nəriman İbrahimli və Xocavənd Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Nasir Quliyevin mövzu il bağlı çıxışlarında həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, insan hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verildi.

Mina RƏŞİD

Oxşar xəbərlər