Tədbir Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Qonaqlar arasında diplomatik korpusun, xarici ölkələrin, beynəlxalq təşkilatların, həmçinin dövlət qurumlarının nümayəndələri yer alıblar.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, gecənin keçirilməsi təşəbbüsü ölkəmizin mədəniyyəti və ənənələrinin tanıdılması istiqamətində aparılan iş çərçivəsində diplomatik nümayəndəlik tərəfindən dəstəklənib.
Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin və şərablarının nümunələri təqdim olunub. Həmçinin Azərbaycanın milli rəqslərinin ifa olunduğu musiqi proqramı təşkil edilib. (AZERTAC)