Bu sözləri Bakıdan Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Üsarə Həsənova deyib.
Keçmiş günləri yenidən yada salan həmsöhbətim söyləyib 32 il əvvəl doğma, əziz Füzuli rayonundan zorla çıxarılıb. Buna baxmayaraq hər zaman böyük ümidlə o yerlərə qayıdacağını gözləyib. “Şükürlər olsun ki, bizim yurd həsrətimiz sona yetdi. İndi ailəmlə geri qayıdıram. Övladlarım buna çox sevinirlər. Ötən illər ərzində doğma yerləri övladlarıma şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir məkan olduğunu öz gözləri ilə görəcəklər. Sevincimizin həddi-hüdudu yoxdur”,- deyə Üsarə Həsənova bildirib. (AZƏRTAC)