19.03.2026, 11:18
AZ EN
19.03.2026, 07:25 136

Xanabad sakini: "İllər sonra doğma yurdumuza - Xanabada qayıtmağın sevincini yaşayırıq"

XƏBƏRLƏR
  • İllər sonra doğma yurdumuza - Xanabada qayıtmağın sevincini yaşayırıq.

Bunu Xocalı rayonunun Xanabad kəndinə köç edən keçmiş məcburi köçkün Polad Səhliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xanabaddan 1992-ci ildə köç etmək məcburiyyətində qalıb.

"O vaxtı iki uşaqla kənddən çıxmışdıq, indi isə nəvələrimlə, ailəmlə geri qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur", - P. Səhliyev qeyd edib.

Keçmiş məcburi köçkün torpaqların azadlığı uğrunda canından keçən şəhidləri hörmətlə yad edib, qazilərə şəfa diləyib, Ali Baş Komandana cansağlığı arzulayıb. (Report)

Oxşar xəbərlər