Bunu Cəbrayıl rayonunun Horovlu kənd sakini, keçmiş məcburi köçkün Sahil Həsənov jurnalistlərə deyib.
Bu gün doğma kəndinə qayıdan S.Həsənov bu şəraiti yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: "Allah Prezidentimizə uzun ömür bəxş etsin, o, bizim yenidən yurdumuza qayıtmağımıza hər cür şərait yaratdı.
Arzu edirəm ki, bundan sonra daim əmin-amanlıq olsun. Bütün sakinlər öz yurdlarına qayıtsınlar. Orada sağ-salamat yaşayaq".
"Cəbrayılı 13 yaşımda tərk etmişdim. Bu gün ora 46 yaşımda, ailəmlə birlikdə qayıdıram. İnşallah bundan sonra kəndimizdə yaşayacağıq", - o əlavə edib. (Report)