17.03.2026, 11:48
AZ EN
17.03.2026, 07:45 187

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: "Prezidentimizə təşəkkür edirik"

XƏBƏRLƏR
  • Bu gün Ağdərənin Aşağı Oratağ kəndinə köçürük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, veteranlarımıza cansağlığı versin. Bizə evlər verilərək doğma yurdumuza qayıtmaq imkanı yaradıldığı üçün Prezidentimizə təşəkkür edirik.

Bu sözləri  Ağdərə rayonunun Oratağ kəndinə köçən keçmiş məcburi köçkün Həqiqət İsmayılova söyləyib.

Otuz iki yaşında məcburi köçkün düşdüyünü xatırladan Həqiqət İsmayılova bildirib ki, 34 ildir yurdundan ayrı olsa da, bu gün geri qayıdır. (AZƏRTAC)

Oxşar xəbərlər