İndiyədək ölkədə ümumilikdə 823 min 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 289 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1825, bu günə qədər isə ümumilikdə 7 milyon 333 min 142 test icra olunub.
Noyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 394 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 96, ikinci doza vaksinlərin sayı 54, üç və daha çox doza vaksinlərin sayı 201, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 43-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 913 min 927, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 658, ikinci mərhələ üzrə 4 milyon 872 min, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 016, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 253-dür.