27.06.2025, 05:38
AZ EN
20.05.2025, 08:53 336

Bu gün şəhid Ceyhun Şalıyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun doğum günüdür. O, 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olub. 90-cı illərin sonunda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Voronej şəhərinə köçən C.Şalıyev orta təhsilini 1-ci sinifdən 7-ci sinifədək orada alıb. 2008-ci ildə ailəsi yenidən Azərbaycana qayıdıb və o təhsilini Bakı şəhərindəki 94 nömrəli tam orta məktəbdə davam etdirib.

2011-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Ali təhsil aldığı dövrdə müxtəlif yerlərdə çalışıb. Uşaqlıq illərindən idmanın müxtəlif növləri ilə məşğul olub. Təhsil aldığı dövrdə universitetin ictimai-siyasi həyatında da fəal olub. 2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağırılan Ceyhun 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edib.

Hərbi xidmətini başa vurduqdan sonra “Azərcell Telekom” MMC-də çalışmağa başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsi zamanı könüllü ordu sıralarına yazılıb. Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Ceyhun Şalıyev oktyabrın 1-də Füzuli uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.
Ceyhun Şalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Şəhidimizə həsr edilmiş "Şəhid Ceyhun dastanı" adlı kitab çap edilib.

Qeyd edək ki, şəhidimizin atası Şalıyev Nüsrət Həsən oğlu da Birinci Qarabağ Müharibəsi veteranıdır.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər