21.04.2026, 04:36
AZ EN
15.01.2026, 07:00 242

Qarabağ abidələrinin elmi ekspertizası aparılacaq

XƏBƏRLƏR
  • Qarabağda və başqa bölgələrimizdə türk və İslam mədəniyyətinə dair tədqiqatların aparılması planlaşdırılır. Tədqiqatlar Türk Arxeologiyası və Mədəni Miras İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən reallaşacaq.

Bu barədə Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev məlumat verib. O vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Qarabağda dağıdılmış arxeoloji abidələrimizin türkiyəli mütəxəssislər tərəfindən elmi cəhətdən ekspertizasının aparılması nəzərdə tutulub. (AZƏRTAC)

Oxşar xəbərlər