07.03.2026, 09:24
AZ EN
06.01.2026, 16:22 150

Masazırdakı məcburi köçkün şəhərciyinə gedən yol yenidən qurulur

XƏBƏRLƏR
  • Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərin yaşadığı "Zəngilan şəhərciyi"nə gedən yolda əsaslı təmir işlərinə başlanıb. 

"Vətən səsi" xəbər verir ki, təmir və yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xırdalan-Masazır-Novxanı avtomobil yolundan "Zəngilan şəhərciyi"nə gedən aparılır. avtomobil yolunda əsaslı təmir işlərinə start verilib. Təmir işlərinə Yeni il tətilindən bir neçə gün əvvəl başlanıb və hazırda işlər davam etdirilir.

AAYDA-dan bildirilib ki, 2 hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda, yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınır.

Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunur. Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər