17.12.2025, 18:52
AZ EN
17.12.2025, 16:40 205

Ramiz Həsənov Müşfiqabad qəsəbəsində səyyar qəbul keçirdi

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ağdam rayon məktəbinin inzibati binasında icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi.  

İcra başçısı prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri, rayonda məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən  məlumatlandırıldı. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt  tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verildi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər