14.12.2025, 03:04
AZ EN
13.12.2025, 12:26 118

Bu gün qəhrəman şəhidimiz Hakim Baxışovun doğum günüdür

XƏBƏRLƏR
  • Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Onlardan biri də Hakim Səyyar oğlu Baxışovdur.

Hakim 2000-ci il dekabr ayının 13-də Qəbələ rayonunun Topbağ kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində alıb. 2019-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Vətənini, torpağını çox sevən Hakim həqiqi hərbi xidmətini bitirdikdən az sonra yenidən hərbiyə qayıdıb.

Azərbaycan Ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Hakim Baxışov göstərdiyi qəhrəmanlığa görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər