- Zəngilan Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən B.Cəfərov adına 3 nömrəli tam orta məktəbin akt zalında icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi.
Görüşdə sakinlər tərəfindən gündəlik həyat və məskunlaşma ilə bağlı bir sıra məsələlər – sosial rifah, məşğulluq, infrastruktur və digər mövzularla bağlı müraciətlər səsləndirildi. İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək yerində araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.
Mina RƏŞİD