14.12.2025, 17:17
AZ EN
02.12.2025, 16:00 152

Tariximizin öyrənilməsində növbəti addım: Yeni elmi nəşrlər işıq üzü görüb

XƏBƏRLƏR
  • Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ölkənin etnik, siyasi və mədəni tarixinin araşdırılması istiqamətində elmi fəaliyyətini davam etdirir. Bu istiqamətdə institutda işıq üzü görən yeni nəşrlər tarixşünaslığımıza mühüm töhfələr verir.

Son günlərdə institutun əməkdaşları tərəfindən hazırlanmış iki yeni monoqrafiya – Allahverdi Əlimirzəyevin və Elçin Qarayevin elmi tədqiqat əsərləri nəşr olunub. 

Bu barədə Tarix və Etnologiya İnstitutunun məlumatında bildirilib.

Tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyevin “Urmiya hövzəsi tayfaları Azərbaycanın etnik, siyasi və mədəni tarixində” adlı monoqrafiyasında Urmiya gölü hövzəsinin coğrafi və tarixi əhəmiyyəti araşdırılır. Müəllif bölgənin minilliklər ərzində Ön Asiyanın aparıcı dövlətləri ilə siyasi və mədəni əlaqələrində oynadığı rolu elmi əsaslarla təhlil edir.

Digər nəşr isə “Qərbi Azərbaycan” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Elçin Qarayevin qələmə aldığı “Qərbi Azərbaycan XIX yüzilliyinin ikinci yarısı – XX yüzilliyinin əvvəllərində” adlı monoqrafiyadır. Əsər İrəvan quberniyasının sosial-iqtisadi, siyasi və mədəni həyatını əhatə etməklə, müxtəlif arxiv və mənbələrə əsaslanan geniş bir tədqiqat əsəridir.

Bu nəşrlər Azərbaycan tarixinin az tədqiq olunmuş sahələrinin öyrənilməsi baxımından dəyərli elmi mənbələrdir və tarixşünaslıqda mühüm boşluqları dolduracaq potensiala malikdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər