14.12.2025, 08:04
AZ EN
26.11.2025, 14:30 200

Sumqayıtda Zəngilan sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Qubadlı rayon Çaytumas kənd tam orta məktəbinin akt zalında keçirilib. Səyyar qəbulda icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri də iştirak ediblər.

Ramiz Həsənov ölkə başçısının tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumat verib. 

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən qayıdışla bağlı olub. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri, orada məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən məlumatlandırılıb. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə icra başçısı tərəfindən tapşırıqlar verildi.

Mina RƏŞİD

Oxşar xəbərlər