14.12.2025, 15:26
AZ EN
18.11.2025, 08:23 273

Cəbrayıl sakini: Elə bil ki, yenidən dünyaya gəlmişəm

XƏBƏRLƏR
  • “Mən uzun illərdir didərgin düşdüyüm torpağıma geri qayıdıram. Doğma yurda dönüş hissi insana tamam başqa bir duyğu verir. Mən 32 yaşımda yurdumdan çıxarılmışdım. İndi isə 65 yaşımda geri qayıdıram. Elə bil ki, yenidən dünyaya gəlmişəm. Bu günə şükür edirəm”.

Bu sözləri müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakin Rəhman Kəlbəliyev deyib.

Doğma torpağa qayıdışı ən böyük səadət adlandıran R.Kəlbəliyev bu prosesdə əməyi olan hər kəsə təşəkkür edib.

“Ən böyük minnətdarlığımız isə şəhidlərimizədir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qanı bahasına biz bu torpaqlara qayıdırıq. Qazilərimizə Allah cansağlığı versin. Prezidentimizə də uzun ömür və güc-qüvvət arzulayıram – bütün bu qayıdış onun rəhbərliyi və ordumuzun şücaəti ilə mümkün olub”, - deyə vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər