28.06.2025, 07:57
AZ EN
31.08.2023, 16:41 385

Laçın sakinlərinin növbəti qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilib.

Laçın RİH-in mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmış 13 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilib. Həmin müraciətlər münasib işlə təminat, mənzil problemi və digər məsələlərlə bağlı olub.

Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Mina RƏŞİD

Oxşar xəbərlər