17.12.2025, 00:40
AZ EN
20.10.2025, 16:45 35

Qarabağ Universitetində şəxsi brendinq mövzusunda təlim keçirilib

XƏBƏRLƏR
  • Qarabağ Universitetində şəxsi brendinq mövzusunda təlim keçirilib.

Qarabağ Universitetində tələbələrin peşəkar və fərdi inkişafını dəstəkləmək məqsədilə “Müasir tələbə görə brendinq” mövzusunda interaktiv təlim təşkil olunub.
Bu barədə yniversitetin məlumatında bildirilib.
Təlimçi, ictimaiyyətlə əlaqələr və şəxsi brendinq üzrə mütəxəssis Aida Ramiz tələbələrlə peşəkar şəkildə özünü təqdim etməyin, sosial mediada düzgün imic formalaşdırmağın, sosial şəbəkə platformalarından effektiv istifadə etməyin və universitet dövründən şəxsi brendin təməlinin qoyulmasının vacibliyi və yolları barədə fikirlərini bölüşüb. Sual-cavab formatında, interaktiv oyunlar və praktiki çalışmalarla davam edən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər