26.09.2025, 01:01
AZ EN
25.09.2025, 17:33 118

III MDB Oyunlarının biletləri satışa çıxarılıb

XƏBƏRLƏR
  • III MDB Oyunlarının biletləri satışa çıxarılıb.

Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.

Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq. (Report)

Oxşar xəbərlər