26.09.2025, 04:12
AZ EN
22.09.2025, 09:49 96

Bu gün Vətən müharibəsi şəhidi Ayxan Musayevin doğum günüdür

XƏBƏRLƏR
  • Musayev Ayxan Mehman oğlu 2000-ci il sentyabrın 22-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir.

Ayxan Musayev 2018-ci ildə müddətli hərbi xidmətə yollanmışdır. O, həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyyatda olan əsgər kimi, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020-ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur. Qəhrəman döyüşçümüz yarası qismən sağaldıqdan sonra yenidən cəbhəyə yollanaraq könüllü sürətdə ön xətdə yazılmışdır. Ayxan Musayev Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şüçaət göstərmişdir. 8 noyabr 2020-ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin ağır yaralanaraq hospitala yerləşdirilmiş və 20 günə yaxın ağır koma vəziyyətində qalmışdır. Həkimlərin səylərinə baxmayaraq, 28 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.

29 noyabrda böyük izdihamla Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər