26.09.2025, 04:18
AZ EN
19.09.2025, 15:57 227

Cəbrayıl qəsəbəsində rayon sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 6 saylı Cəbrayıl qəsəbəsində rayon əhalisi ilə səyyar görüş-qəbul keçirib.

Səyyar görüşdə aparatın məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Qəbulda RİH başçısı Kamal Həsənov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən əhalinin öz doğma torpaqlarına köçürülməsi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpasının sürətlə davam etdirilməsi, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş söhbət açıb. Vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin mütəmadi olaraq davam etdirildiyini diqqətə çatdırıb.

Sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlər isə həlli məqsədilə nəzarətə götürülüb.

Sonda qəbulda iştirak edən rayon sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Günel QULİYEVA

Oxşar xəbərlər