17.04.2026, 19:48
AZ EN
17.04.2026, 17:36 11

Kəlbəcər sakinlərinin müraciətləri dinlənilib

XƏBƏRLƏR
  • Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə Regional Mədəniyyət İdarəsinin inzibati binasında səyyar qəbul keçirib.

Səyyar qəbulda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, 44 günlük müharibədə qazandığımız Qələbədən, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.

Qəbulda iştirak edən vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Qəbulda iştirak edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ona ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılacağını, qaldırılan məsələlərin səlahiyyətləri daxilində həllinə çalışacağını bildirib.

Oxşar xəbərlər