26.09.2025, 22:21
AZ EN
18.09.2025, 09:59 14

Bu gün qəhrəman şəhidimiz Orxan Balayevin doğum günüdür

XƏBƏRLƏR
  • Vətən Müharibəsində canını  torpaqlarımızın azadlığı uğrunda fəda edən qəhrəmanlarımız arasında Orxanın da adı.

Orxan Vidadi oğlu Balayev 18 sentyabr 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb.  Orxan yeniyetmə yaşlarından hərbçi olmağı arzulayıb. O, 2018-ci ildə əsgərliyini bitirdikdən sonra üç aylıq gizirlik kursunu uğurla keçərək, Vətənə xidmətini davam etdirib.

Orxan Vətən Müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub. Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb.  Bir müddət itkin düşmüş sayılıb. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Atası Vidadi Balayev deyir ki, oktyabrın 6-da zəng vurdu, danışdıq. Dedi ki, “telefonuma zəng çatmasa narahat olmayın” . Ondan sonra on gün zəng gəlmədi. Narahat olub, maraqlanmağa başladım: "Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik”.

Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçümüz düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib.

"O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildiririb.

Sonuncu dəfə danışanda dedi ki, “ana, narahat olma. Hər şey yaxşıdır. Torpaqlarımızı düşməndən azad edib, qayıdacağıq. Ölməyə yox, düşməni öldürməyə gedirik”. İki bacının tək qardaşı, evimin işığı idi. Elə indi də yolunu gözləyirəm, elə bilirəm qayıdacaq", - deyə şəhidin anası Məlahət Balayeva söyləyib.

Qəhrəman döyüşçümüz Orxan Balayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər