Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları və Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup müəllim iştirak edib.
Görüşün əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin bərpası, burada tədrisin keyfiyyətli təşkili və müəllimlərin bu prosesdə fəal iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsinin aparılması olub. Həmçinin Böyük Qayıdış prosesində təhsilin rolu və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Bu cür görüşlər müəllimlərin adaptasiya prosesinə dəstək olmaqla yanaşı, həmin ərazilərdə keyfiyyətli təhsilin təmin olunmasına xidmət edir.
Tahirə AĞAMİRZƏ