Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata əsasən, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib. (Report)