14.12.2025, 01:26
AZ EN
13.12.2025, 08:37 144

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib

XƏBƏRLƏR
  • İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.

Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.

Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub. (Trend)

Oxşar xəbərlər