Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyatların Koordinasiyası İdarəsinin rəisi Rahib Quliyev bildirib.
O qeyd edib ki, 37 min 118 ədəd piyada və 21 min 846 ədəd tank əleyhinə mina, həmçinin 138 min 569 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 197 min 533 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Minatəmizləmə istiqamətdə görülən işlər, mövcud problemlər və gələcək planlarla bağlı ANAMA-nın idarə rəisi Rahib Quliyevin məxsusi müsahibəsi ilə buradan tanış ola bilərsiniz. (AZƏRTAC)