Bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimovun qardaşı Cəmil İbrahimov jurnalistlərə açıqlamasında bildirib.
O, 32 ildir qardaşının yolunu gözlədiyini söyləyib:
"Bu gün çox şükür ki, həsrətimiz 32 ildən sonra sona çatdı, qardaşımızı dəfn etdik. Prezident İlham Əliyev başda olmaqla bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Vətən uğrunda savaşıb ölmək şərəflidir. Bütün şəhid ailələrinə başsağlığı diləyirəm". (Report)