Bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Könül Ağayeva deyib.
O, qeyd edib ki, həyatının unudulmaz günlərindən birini yaşayır:
“Çox sevincliyəm. Qürur hissi, həyəcan keçirirəm. Bu xoş günləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm. Onlar Vətən uğrunda şəhid oldular”. (Report)