IV siniflərin monitorinqi ilk dəfə olaraq işğaldan azad olunmuş Ağdam rayon Sarıcalı, Ağdərə rayon Həsənriz, Suqovuşan kənd və Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəblərdə də keçirilib.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir. (AZƏRTAC)