Şəhidlə vida mərasimi ailəsinin yaşadığı evdə keçirilib, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, Ağcabədi Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.
Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş sayılırdı. (AZƏRTAC)