28.06.2025, 01:11
AZ EN
14.05.2025, 12:41 236

Türkiyə nümayəndə heyəti ilə Cəbrayılda həyata keçirilən layihənin hazırkı vəziyyəti müzakirə olunub

XƏBƏRLƏR
  • Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, layihə çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. (AZƏRTAC)

Oxşar xəbərlər