Əvvəlki üç kitaba janrından asılı olmayaraq müxtəlif pyeslər daxil edilmişdi. Bu kitabda isə, adından göründüyü kimi, müəllifin komediya hesab etdiyi pyesləri toplanıb.
Kitaba Əli Əmirlinin teatrsevərlərə yaxşı tanış olan, ölkəmizdə və xaricdə 30-dan çox teatrda tamaşaya qoyulmuş "Varlı qadın", məşhur "Bala bəla sözündəndir?" komediyası ("Bala başabəla" televiziya filmi), Akademik Milli Dram Teatrının ən yaddaqalan tamaşalarından olan "Köhnə ev", dəfələrlə müxtəlif teatrlarda səhnə üzü görmüş "Onun iki qabırğası", "Yeddi məhbusə", "Kişi və qadın", "Sehrli alma", "Səhnədə məhəbbət", "Sevən qadın" komediyaları, həmçinin hələlik heç bir teatrda səhnələşdirilməmiş "Kastinq və ya premyera", "Şou kraliçası", "Gözəllik imperiyası" və "Köhnə dəbli yeni komediya" əsərləri daxil edilib.
Mina RƏŞİD