Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Hüseynli Ədalət Səadət oğlunun doğum günüdür. O, 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olub. 2000-2010-cu illərdə Cəngan kənd tam orta məktəbində təhsil alıb. 2010-2011-ci illərdə N saylı hərbi hissədə xidmət edib.
29 sentyabr 2020-ci ildə Vətən muharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. İki dəfə yaralansa da, yenidən döyüşlərə qatılıb. 8 noyabr 2020-ci ildə Qubadlıda yaralı yoldaşını çıxararkən ağır yaralandı. 4 dəfə əməliyyat keçirməsinə baxmayaraq, 21 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD