Agentlikdən bildiriblər ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Təminatlar:
Əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
Gündə 3 dəfə yeməklə təmin edilmə;
Yaşayış yeri ilə təmin edilmə.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu mayın 31-dək aparılacaq.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər. (AZƏRTAC)